Xəbər lenti

Rəşad Sadıqovun komandasından daha 4 transfer (FOTOLAR)
İdman12:14 19.07.2020

Rəşad Sadıqovun komandasından daha 4 transfer (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Zirə” heyətini yeni futbolçularla gücləndirib. 
Qaynarinfo xəbər verir ki, Rəşad Sadıqovun baş mışqçisi olduğu paytaxt klubu bu gün daha dörd futbolçu ilə müqavilə bağlayıb.
Şəhriyar Rəhimov və Ruslan Qurbanovla iki, Rəşad Əzizli və Tural Bayramlı ilə isə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Şəhriyar Rəhimov "Zirə"yə "Səbail"dən, Ruslan Qurbanov, Tural Bayramlı və Rəşad Əzizli "Keşlə"dən gəlib.
"Zirə” daha öncə Sərtan Taşkın, Kərim Diniyev, Rəşad Eyubov və Klesio Baukla müqavilə imzalandığını açıqlamışdı.