Azərbaycan Premyer Liqasında üçüncü tur start götürüb.
Qaynarinfo xəbər verir ki, günün son matçında "Zirə" səfərdə "Keşlə"nin qonağı olub. "ASK Arena"da baş tutan qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəşad Sadıqovun rəhbərlik etdiyi komandanın hər iki qolunu Davit Volkov (64, 72-ci dəqiqələrdə) rəqib qapısından keçirib.
Bu qarşılaşmadan sonra "Zirə" turnir cədvəlində 4 xalla 4-cü, "Keşlə" isə 0 xalla 7-ci pillədə qərarlaşıb.
Günün ilk matçında "Sabah" evdə "Qəbələ"yə 0:2 hesabı ilə uduzmuşdu.
Səbuhi Həsənov