
AFFA-nın U-19 Liqasında 2016/17 mövsümünə start verilib. I tur çərçivəsində "Qarabağ” "Zirə”ni qəbul eləyib.
Qaynarinfo.Az xəbər verir ki, "Qarabağ”ın U-19 komandası oyuna Rəşad Sadıqovun rəhbərliyi altında çıxıb. Millimizin və "Qarabağ"ın kapitanı məşqçi kimi ilk rəsmi oyununu keçirib. Oyun "Zirə”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, Rəşad Sadıqov məşqçilər kursuna qatılaraq "B” kateqoriyasını alıb və bu mövsümdən etibarən "Qarabağ”ın U-19 komandasını çalışdırır.
Qaynarinfo.Az