Xəbər lenti

Respublika Günü və Dövlət Müstəqilliyi Gününün adının dəyişdirilməsi haqda qanun qəbul edildi
Ölkə13:10 11.10.2021

Respublika Günü və Dövlət Müstəqilliyi Gününün adının dəyişdirilməsi haqda qanun qəbul edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Müstəqillik Günü haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
"Report”un xəbərinə görə, deputatlar layihə barədə fikirlərini bildirirlər.
Layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.
Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.