Xəbər lenti

Respublika Klinik Xəstəxanasında xəstə qəbulu dayandırıldı (RƏSMİ)
Ölkə13:41 17.05.2020

Respublika Klinik Xəstəxanasında xəstə qəbulu dayandırıldı (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni xəstə qəbul dayandırılıb. 
Qaynarinfo xəbər verir ki, bunu "Qafqazinfo”ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib. 
"Xəstəxanada yeni qəbul qaydaları müəyyənləşdirilir. Bu səbəbdən tibb müəssisəsi bir həftə yeni xəstə qəbul etməyəcək. Eyni zamanda, həmin müddətdə orada profilaktika məqsədi ilə dezinfeksiya işləri aparılacaq. Xəstəxanada olan pasiyentlərin müalicəsi əvvəlki qaydada davam etdiriləcək”, - R.Əliyeva deyib.