Xəbər lenti

Respublika Seysmoloji Mərkəzindən mühüm açıqlama: “Son 3 gündə...”
Ölkə09:07 08.02.2023

Respublika Seysmoloji Mərkəzindən mühüm açıqlama: “Son 3 gündə...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Son günlər qardaş ölkədə baş verən zəlzələ ilə bağlı sosial şəbəkələrdə seysmologiya sahəsindən xəbəri belə olmayan insanlar çıxıb "proqnozlar" verirlər”.
Qaynarinfo xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.
O qeyd edib ki, bir çox insanlar həmin "ekspertlər"in dediklərinin təsiri altına düşüb qorxu, təşviş keçirirlər:
"Son 3 gündə bizə bununla bağlı onlarla vətəndaşımız müraciət edib. Mediada RSXM rəhbərliyi və əməkdaşlarımız tərəfindən kifayət qədər açıqlamalar verilir . Vətəndaşlarımızdan xahiş edirik ki, sosial şəbəkələrdəki "ekspertləri" deyil, yerli mediamızı izləyin. Rəsmi açıqlamalara istinad edin”.