Xəbər lenti

Rəşt-Astara dəmir yolunun tikintisi beş ilə tamamlana bilər
Ölkə19:36 09.02.2024

Rəşt-Astara dəmir yolunun tikintisi beş ilə tamamlana bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirən Rəşt-Astara dəmir yolunun tikintisi beş ilə tamamlana bilər.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Hədami deyib.
"Əgər maliyyə vəsaiti təmin olunarsa, çatışmayan 162 kilometrlik hissənin tikintisi 5 il ərzində başa çatdırıla bilər”, - o bildirib.
Nazir müavini əlavə edib ki, tikinti üçün vəsait Rusiya tərəfindən verilir.
Xatırladaq ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycandan keçməklə Hindistan, İran və Rusiyanı birləşdirəcək.