Xəbər lenti

Rəsul Quliyev: “Qayıdacam və seçkidə iştirak edəcəm…”
Ölkə06:35 12.04.2013

Rəsul Quliyev: “Qayıdacam və seçkidə iştirak edəcəm…”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın eks-spikeri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev yenidən vətənə qayıtması ilə bağlı açıqlama verib. R.Quliyev bu ilin payızında keçiriləcək prezident seçkilərində namizəd kimi iştiraka iddialı olduğunu da vurğulayıb.

Modern.az saytına açıqlamasında Milli Məclisin sabiq sədri Azərbaycana nə zaman qayıdacağı ilə bağlı suala konkret cavab verməsə də, bu haqda vaxtı çatanda məlumat verəcəyini bildirib.

“Mən heç vaxt “2013-cü ilin martında Azərbaycana gələcəyəm” deməmişəm. Mən demişəm ki, mart və ya aprel aylarında Azərbaycana qayıtmağımın konturları məlum olacaq və bu barədə məlumat verəcəyəm”,-deyə eks-spiker bildirib.

R.Quliyev daha sonra aparıcı müxalifət liderlərinə seçki mesajı göndərib:

“İkincisi “seçkilərdə iştirak edəcəyəm” bəyanatını 2011-ci ilin dekabrında elan etmişəm. Amma bu gün əsas söhbət prezidentliyə namizədliyi irəli sürməkdən yox, ölkədə

azad və ədalətli seçkilərin keçrilməsinə nail olmaqdan gedir, hamı da bu istiqamətdə səylərini birləşdirməlidir. Təəssüf ki, bu müddət ərzində biz azad və ədalətli seçki keçirməkdən daha uzaqlaşmış və seçkilərin saxtalaşdırılmasına yaxınlaşmışıq”.

Uzun illərdir Amerikada yaşayan Rəsuı Quliyev bir müddət əvvəl Modern.az-a açıqlamasında prezident seçkilərinə qatılacağını bildirərək bu məqsədlə Bakıya qayıyacağını bəyan edib. Eks-spiker bildirib ki, əgər o, seçkilərə qatılmasa, müxalifət məğlub olacaq.

Qaynar.info