Xəbər lenti

Retro avtomobillər vergi və rüsumdan azad edilir: Bu, nəyi dəyişəcək?
Ekonomiks 20:15 23.02.2026

Retro avtomobillər vergi və rüsumdan azad edilir: Bu, nəyi dəyişəcək?

"Retro avtonəqliyyat vasitələri alqı-satqıda populyar deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov "Gömrük tarifi haqqında" qanuna edilən yeni dəyişiklikdən danışarkən deyib. 

O, bu cür nəqliyyat vasitələrinin xüsusi şəxslərdə toplanıldığını vurğulayıb:
 


"Bu nəqliyyat vasitələri xüsusi kolleksiyalarda və kolleksionerlərdə olur. Onların kütləvi alqı-satqısı mövcud deyil. Bu qərarın həmin nəqliyyat vasitələrinin qiymətinə təsirini indidən demək mümkün deyil".

Eldəniz Cəfərov əlavə edib ki, belə avtomobillərin ölkəyə idxalı nadir hallarda olur.

Qeyd edək ki, "Gömrük tarifi haqqında" qanuna edilən yeni dəyişikliyə görə, raritet (nadir) avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad ediləcək. Bu günə kimi qüvvədə olan qaydalara əsasən mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir. 

Bahar Rüstəmli
--> -->