Xəbər lenti

Reynaldo "Qarabağ"a qayıdır?
İdman05:33 13.04.2017

Reynaldo "Qarabağ"a qayıdır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ”dan "Adanaspor”a transfer olunan Reynaldonun komandasında baş məşqçi dəyişikliyi gerçəkləşdirilib.

Şübhəsiz, yeni baş məşqçi də özünə uyğun komanda formalaşdıracaq. Bu mənada Reynaldonun da "Adanaspor”dan ayrıla biləcəyi istisna deyil Bəs belə olan təqdirdə onu "Qarabağ”a dönüşü mümkündümü? Qurban Qurbanov yayda komandada dəyişikliklər edəcəyəm deyəndə, bunu da nəzərdə tutubmu?

Məsələ ilə bağlı klubun mətbuat katibi Nurlan İbrahimov Sport7.az-a verdiyi açıqlamada bunları söyləyib:

"Reynaldo başqa komandanın futbolçusudu. 3 illik müqaviləsi var. Elə bir şey ümumiyyətlə, söhbət mövzusu deyil. Qurban müəllim dəyişiklik deyəndə, Reynaldonu nəzərdə tutmadığına əminəm. Onunla bağlı heç söhbət də olmayıb”.

Qaynar.Az