Xəbər lenti

Reynaldo "Qarabağ"dan gedə bilər
İdman10:31 14.08.2014

Reynaldo "Qarabağ"dan gedə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" klubunun legioner futbolçusu Reynaldo klubdan gedə bilər. 
Ans press-in məlumatına görə, braziliyalı futbolçu üçün İspaniya və Avstriyanın güclü klubları elçi düşüb. Ağdamlıların futbolçusu üçün artıq İspaniyanın "Levante" klubu təklif göndərib.
Avstriyanın "Zaltsburq" klubu da futbolçunun xidmətində maraqlıdır. Bu sözügedən klublarla hazırda danışıqlar gedir. Əgər razılıq əldə edilərsə braziliyalı futbolçu "Qarabağ" düşərgəsini tərk edib yeni kluba keçə bilər.
Qeyd edək ki, Reynaldo Çempionlar Liqasının təsnifat mərhələsində "Qarabağ"ın heyətində göstərdiyi oyunla nüfuzlu klublarının diqqətini çəkməyi bacarıb.
Qaynar.info