Xəbər lenti

Reyslərin sayı artlmasa, bəzilərinin uçuş növbəsi 2-3 aydan sonra çatacaq - Deputat
Ekonomiks14:52 21.07.2020

Reyslərin sayı artlmasa, bəzilərinin uçuş növbəsi 2-3 aydan sonra çatacaq - Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"AZAL-ın təyyarə parkının imkanlarını nəzərə aldıqda uçuşların sayının və günlərinin ən azı 2 dəfə artırılması məqsədəuyğun olardı".
Qaynarinfo xəbər verir ki, bu təkliflə millət vəkili Vüqar Bayarmlı çıxış edib. 
Deputat Türkiyə daxil olmaqla xeyli sayda ölkənin yerli uçuşlarını artıq bərpa etdiyini vurğulayıb:
"Ölkəmizdə də daxili uçuşlardan paytaxt ilə Naxçıvan arasındakı hava əlaqəsi bərpa olunsa da, reyslərin az olması səbəbindən bu imkandan istifadə edənlərin sayı hələ də məhduddur. Belə ki, Bakıdan Naxçıvana uçuşlar həftədə 1 gün və ya 4 dəfə həyata keçirilir. Hər uçuş zamanı 100, həftə ərzində maksimum 400, ayda isə 1600 vətəndaşımız paytaxtdan Naxçıvana təyyarə ilə gedə bilir. Bizə olan müraciətlər göstərir ki, hazırda hər iki istiqamət üzrə getmək istəyənlərin sayı kifayət qədər çoxdur. İlkin qiymətləndirmələrə görə, ilk sərt karantin tətbiq olunduqdan sonra Bakıda qalan 6 mindən çox vətəndaşımız Naxçıvana getmək barədə müraciət edib.
Ayda ən çox 1600 sərnişinin bu uçuş xətlərindən istifadə etməsinin mümkünlüyünü nəzərə aldıqda indi Bakıdan Naxçıvana getmək istəyən vətəndaşımızın bir qismi oktyabr ayı üçün yer sifariş etdirmək məcburiyyətində qalıblar".
Vüqar Bayramov qeyd edib ki, reyslərin sayı artırılmasa, bəzi vətəndaşlarımıza uçuş növbəsi 2-3 aydan sonra çatacaq: 
"Təyyarə ilə uçmaq istəyən vətəndaşlar koronavirusa yoluxmamaq haqqında arayış tələbinə və eləcə də getdikləri yerdə bəlli müddətdə özünütəcridə əməl etmək şərti ilə uçuşlardan istifadə edə bilərlər. Bu, bir tərəfdən virusun yayılmasının qarşını alacaq, digər tərəfdən isə Bakı ilə Naxçıvan arasındakı hava nəqliyyatının mərhələli şəkildə tam bərpasına imkan yaradacaq".
Bahar Rüstəmli