Məşhur fransız futbolçu Frank Riberinin yeni klubu müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, Fransa millisinin sabiq futboçusunun İtaliya A Seriyasında "Salernitana"ya keçidi rəsmiləşib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı Riberi ictimaiyyətə təqdim olunub. A Seriyası təmsilçisi ev oyunlarını keçirdiyi "Arechi" stadionunda təqribən 10 min azarkeşin iştirakı ilə təcrübəli oyunçu üçün təqdimat mərasimi təşkil edib.
Riberi son iki mövsümdə "Fiorentina"nın formasını geyinib. "Bavariya"dakı çıxışı ilə məşhurlaşan fransız "Marsel" və "Qalatasaray"da da oynayıb.
Səbuhi Həsənov