
Dini əqidəsinə görə müsəlman olan "Bavariya" klubunun fransız futbolçusu Frenk Riberiyə edilən qarşı xoşagəlməz zarafat qalmaqala səbəb olub.
Qaynar.info-nun məlumatına görə, "Bavariya"nın çempionluğu qeyd olunan zaman komanda yoldaşı Jerom Boatenqin Riberinin başına pivə tökməsi futbolçunu bərk əsəbləşdirib və bir daha onunla danışmayacağını deyib.
Komanda yoldaşlarını belə zarafatlar etməməsi ilə bağlı xəbərdarlıq edən ulduz futbolçu, "O mənim müsəlman olduğumu bilməsinə baxmayaraq, bu hərəkəti etdi" deyib.
Qaynar.info