Xəbər lenti

Rio 2016: Azərbaycanlı qız İran üçün tarix yazdı
İdman09:18 19.08.2016

Rio 2016: Azərbaycanlı qız İran üçün tarix yazdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rio 2016: Azərbaycanlı qız İran üçün tarix yazdıKimia Alizadeh Olimpiya medalı qazanan ilk iranlı xanım olub.

Qaynarinfo.Az xəbər verir ki, əslən azərbaycanlı olan Kimia 57 kq çəkidə taekvando yarışlarında bürünc medalın sahibi olub.

Kimi bürünc uğrunda həlledici görüşdə İsveç təmsilçisi Nikita Glasnoviçi məğlub edə bilib. 

"İran qadınlarının adına çox sevinirəm və inanıram ki, növbəti Olimpiya oyunlarında qızıl belə qazanacağıq” – Alizadeh deyib.

Məlumat üçün bildirək ki, bu Alizadehin yeganə uğuru deyil. 2014-cü ildə Gənclərarası Olimpiya Çempionu olan Kimia, Gənclərarası Dünya Çempionatının və Dünya Grand Prisinin qızıl medalçısıdır. Həmçinin Dünya Çempionatında bürünc medal sahibi olub.

Qaynarinfo.Az