
Rio-2016-da daha bir qeyri-adi hadisə baş verib.
Qaynarinfo.Az xəbər verir ki, qadınların yarışında suya tullanma zamanı hovuzun suyunun rəngi dəyişib. Səlahiyyətli şəxslərdən Mariya Lenk su analizi testlərində bir fərqlilik olmadığını və idmançıların sağlamlığı ilə bağlı durum olmadığını açıqlasa da, mavi rəngin yaşıla dönməsi suallara səbəb olub.
Bir çox idmançı "Tvitter" hesabında şəkillər paylaşaraq bu barədə narahatlıqlarını bildiriblər. Bu növdə bir gün əvvəl kişilərdə gümüş medal qazanmış amerikalı üzgüçü Deyvid Budayya isə "Tvitter" hesabında bununla bağlı gülməli status paylaşıb: "Biri zarafat edir, yoxsa Aziz Patti gününü (Aziz Patrik və ya Aziz Paddi günündə İrlandiyanın qoruyucu mələklərindən sayılan Patrikin şərəfinə xristian festivalı keçirilir və bu gündə əsas çaylar yaşıl rəngə boyanır - red.) tezmi qeyd edirik?"


Qeyd edək ki, bu növdə Çin ardıcıl 3-cü qızıl medalını qazanıb.
Qaynarinfo.Az

