Xəbər lenti

Rio-2016: Üzgüçümüz finalda
İdman16:58 16.09.2016

Rio-2016: Üzgüçümüz finalda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında Azərbaycan üzgüçüsü Dmitri Saley finala yüksəlib.

Təsnifat mərhələsində məsafəni 53,82 saniyəyə qət edən Dmitri Saley ümumi sıralamada 6-cı olaraq final mərhələsinə adlayıb.

Digər üzgüçümüz Roman Saley həlledici mərhələyə vəsiqə qazana bilməyib. Təsnifat mərhələsində məsafəni 54,32 saniyəyə qət edən üzgüçümüz doqquzuncu olub.

Qeyd edək ki, təsnifat mərhələsində ilk səkkiz yerdə qərarlaşan üzgüçülər finala yüksəliblər.(oxu.az)

Qaynarinfo.Az