
Rio-2016-da qeyri-adi hadisələr baş verməkdə davam edir.
Qaynarinfo.Az saytının məlumatına görə, Braziliyada bu dəfə Böyük Britaniya millisinin atleti Tom Bosuort diqqət mərkəzinə düşüb.
İdman yerişi üzrə yarışda ölkəsinin şərəfini qoruyan gey idmançı “sevgili”si Harri Dinlini məşhur Kopakabana çimərliyinə apararaq, ona evlilik təklif edib. O da öz növbəsində Toma müsbət cavab verib. Bu barədə Tom öz "Tvitter" səhifəsində paylaşıb. Harri isə öz səhifəsində ona bağışlanan üzüyü göstərib.

Bu, Rio Olimpiadası zamanı eynicins təmsilçilərinin ilk belə “nişan”ı deyil. Bunadək Rio-de-Janeyrodakı Deodoro stadionunun xanım əməkdaşı Marjorie Enya yerli yığmanın reqbiçisi İzadora Serulloya evlilik təklifi etmişdi.

Qaynarinfo.Az