Xəbər lenti

Robbendən hakimə ağır sözlər: "Hədiyyə etdi"
İdman11:15 19.04.2017

Robbendən hakimə ağır sözlər: "Hədiyyə etdi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bavariya"nın futbolçusu Aryen Robber Çempionlar Liqasının 1/4 finalında "Real"a 2:4 hesabı ilə yenildikləri oyunla bağlı açıqlama verib. 

Fanat.Az xəbər verir ki, holland ulduz matçın baş hakimi Viktor Kassaini ittiham edib: 

"Hər kəs nə qədər gözəl oyunun baş tutduğunu gördü. Amma yarımfinala çıxan komandanı hakimin müəyyənləşdirməsi xoş olmadı. Viktor Kassai bir çox kritik səhvlərə yol verərək matçın taleyini həll etdi. Hakimlər haqqında danışmağı sevmirəm və hər zaman öz səhvlərimizə diqqəti çəkirəm. Amma bu oyun onlardan biri deyildi. Çünki növbəti mərhələyə vəsiqəni rəsmən bir tərəfdən alıb digərinə hədiyyə etdi".

Qaynar.Az