"Qalatasaray”ın sabiq futbolçusu və məşqçisi Albert Riera təyin olunduğu Sloveniya təmsilçisi "NK Olimpiya Lyublyana”nın baş məşqçisi postunda yaxşı qarşılanmayıb.
Qaynarinfo xəbər verir ki, komandanın fanatik tərəfdarları birvaxtlar Azərbaycanda çalışmış Robert Prosineçki ilə yollarının ayrılmasına etiraz olaraq Rieranın mətbuat konfransına basqın ediblər.
Klubun əsəbi tərəfdarları üzlərini maskalarla, papaqlarla gizlədərək mətbuat konfransında Riera və klub rəsmilərinin əyləşdiyi masaya doğru irəliləyiblər. Qalmaqal zamanı fiziki təmas olmayıb. Buna baxmayaraq mütəxəssis baş verənlərdən sonra zalı tərk edib.
Prosineçki 2014-2017-ci illərdə millimizin baş məşqçisi olub.
Səbuhi Həsənov