Xəbər lenti

Rövşən Abdullaoğlunun imza günündə izdiham yaşandı (FOTOLAR)
Foto 19:20 07.10.2024

Rövşən Abdullaoğlunun imza günündə izdiham yaşandı (FOTOLAR)

Ölkəmizdə kitab günləridir. Ənənə halını almış və artıq 10-cu dəfə keçirilən Bakı Beynəlxalq Kitab Sərgisi tam gücü ilə davam edir. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, 2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil edilən sərgidə ölkənin demək olar ki, bütün nəşriyyatları, eləcə də xarici ölkələrin nəşriyyatlar, yerli və xarici müəlliflər, mədəniyyət nümayəndələri iştirak edirlər.

Sərgiyə xüsusi hazırlaşıldığı Mərkəzə daxil olduğunuz ilk anlardan hiss olunur. "Qədim Qala” nəşriyyatı da həm yerli, həm də xarici müəlliflərin onlarla yeni nəşrləri ilə oxucularını qarşılayır. Sərginin rəsmi fəxri qonağı, yazıçı Rövşən Abdullaoğlu və onun muəllifi olduğu kitablar isə bu dəfə də oxucuların ən çox maraq və diqqətini cəlb edənlər sırasında idi. 

R.Abdullaoğlu ilə keçirilən görüş günü saat 14:00-da başlayan müəllifin imza mərasimi düz saat 20:00-dək davam etdi. Minə yaxın kitabsevərin iştirak etdiyi tədbirdə böyük izdiham yaşandı. Aralarında ölkənin müxtəlif rayonlarından gələnlər də daxil olmaqla oxucuların müəlliflə görüşü saatlarla səbrlə gözləməsi də xüsusi diqqətçəkən məqamlardan oldu. 

Xatırladaq ki, 10-cu Beynəlxalq Kitab Sərgisi oktyabrın 8-dək davam edəcək. Kitab həvəskarları sərgidə bəyəndikləri kitabları endirimlə əldə edə, müəlliflərlə görüşə bilirlər. Ziyarətçilər üçün gediş-gəlişi asanlaşdırmaq üçün metronun "28 May”, "Elmlər Akademiyası” və "Koroğlu” stansiyalarından ödənişsiz xüsusi avtobusların hərəkəti də təşkil edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->