Xəbər lenti

Rövşən Hüseynlinin debüt matçında komandası darmadağın oldu
İdman20:01 28.04.2022

Rövşən Hüseynlinin debüt matçında komandası darmadağın oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Rusiyanın "Torpedo" klubunda debüt edib.
"Report"un məlumatına görə, 31 yaşlı qolkiper evdə "Qazprom-Yuqra"ya qarşı Superliqanin 1/4 final mərhələsinin 2-ci oyununun iştirakçısı olub. Görüş meydan sahiblərinin 3:8 hesablı məğlubiyyəti ilə başa çatıb.
İlk qarşılaşmada "Torpedo" rəqibinə qalib gəlib - 5:3. Hazırda ümumi hesab 1:1-dir.
Qeyd edək ki, Rövşən Hüseynli "Torpedo" ilə 2 aylıq müqavilə imzalayıb.