Xəbər lenti

Rövşən Rüstəmov Aysel Soltanovaya vəzifə verdi
Ekonomiks14:55 13.01.2023

Rövşən Rüstəmov Aysel Soltanovaya vəzifə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun əmri ilə Aysel Soltanova sədrin müşaviri vəzifəsinə təyin olunub.
Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, Aysel Soltanova Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası üzrə bakalavr, Mərkəzi Avropa Universitetində Dövlət siyasəti sahəsində magistr təhsili alıb.
Aysel Soltanova 2006-2014-cü illərdə BP və P&G kimi tanınmış beynəlxalq şirkətlərdə çalışıb.
2014-2020-ci illərdə "Azərkosmos" ASC-də müxtəlif vəzifələri icra edib, o cümlədən Marketinq Departamentinə rəhbərlik edib.
2021-ci ildən isə "Aztelekom" MMC-də baş direktorun birinci müavini vəzifəsində çalışıb.