Xəbər lenti

Rövşən Vəliyev həbsxanada vəfat etdi
Ölkə 23:23 04.03.2025

Rövşən Vəliyev həbsxanada vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Vəliyev (Novruzoğlu) vəfat edib.


"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, bu gün həbsxanada dünyasını dəyişib.


Mərhum bu gün torpağa tapşırılıb.


Qeyd edək ki, R.Vəliyev 2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə altı il azadlıqdan məhrum edilmişdi. Professor Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunmuşdu.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->