Xəbər lenti

Britaniyanın eks müdafiə naziri: ABŞ-ın Putinin tərəfinə keçməsi faciəvidir
Dünya 22:45 04.03.2025

Britaniyanın eks müdafiə naziri: ABŞ-ın Putinin tərəfinə keçməsi faciəvidir

Böyük Britaniyanın keçmiş müdafiə naziri Qrant Şapps Tramp administrasiyasının Ukraynaya hərbi yardımın tədarükünü dayandırmaq qərarını faciəvi adlandırıb və bunun qlobal mənfi nəticələrə səbəb ola biləcəyini deyib.  

Qaynarinfo xəbər verir ki, Şapps bu barədə X (Twitter) hesabında ABŞ-ın Ukraynaya yardımı dayandırması ilə bağlı mediada yayılan qeyri-rəsmi xəbərlərdən sonra paylaşım edib.  

"Azadlar evi" adlanan Amerika Birləşmiş Ştatlarının diktator Putinlə eyni tərəfdə olması faciəvidir. Bu, ABŞ-ın dünyadakı mövqelərini zəiflədir, Ukraynanın suverenliyini sarsıdır və dünyadakı digər aqressorlara cəsarət verir", –  Şapps bildirib.  

O, daha əvvəl Rusiyanın qalib kimi çıxacağı hər hansı "sülh" senarisinin təhlükəli olduğunu qeyd edib və əgər Ukrayna müəyyən ərazilərini itirmək məcburiyyətində qalarsa, bu prosesin NATO-ya sürətli üzvlüklə kompensasiya edilməli olduğunu vurğulayıb.  

Qeyd edək ki, Qrant Şapps 2023-2024-cü illərdə Rişi Sunak hökumətində müdafiə naziri vəzifəsini icra edib. O, daha əvvəl "Sülh dövrü başa çatdı. Biz müharibədən əvvəlki mərhələyə keçirik" adlı tarixi çıxışı ilə də diqqət çəkib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->