Xəbər lenti

Litvada
Dünya 23:33 04.03.2025

Litvada "Anora"nın yayımına və Vensin kitabının satışına qadağa qoyulub

Litva kinoteatrları bazar günü beş Akademiya (Oskar) mükafatına layiq görülmüş "Anora" filmini nümayiş etdirməkdən imtina edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə yerli KİV, o cümlədən milli yayım şirkəti LRT məlumat yayıb. 

Yayımçının sözlərinə görə, Litva şirkətləri Ukrayna ilə həmrəylik səbəbindən filmi yaymaqdan imtina edirlər. Bundan əlavə, filmdə rol alan aktyor Yura Borisov ölkədə "rus təbliğatçısı" hesab olunur və filmin özündə rus ləhcəsində sərbəst danışılır.

Eyni zamanda, LRT-nin verdiyi məlumata görə, "Sofoklis" nəşriyyatı Amerikanın Ukraynaya yardımını dayandırdığına görə ABŞ-ın vitse-prezidenti Cey Di Vensin kitabını satışdan çıxarıb.

"Vensin "Hillbilly Elegy" kitabı ABŞ-ın Ukrayna ilə bağlı siyasətini dəyişdirənə qədər satışdan çıxarılır", deyə LRT xəbər xidməti nəşriyyatın press-relizindən sitat gətirir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->