Bakda masajist qadının "iPhone 15 Pro Max" markalı telefonunu oğurlayan müştəriyə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş Rəşad T. Nəsimi rayonu, Azadlıq prospekti ilə Salatın Əsgərova küçəsinin kəsişməsində yerləşən masaj salonunda oğurluq edib. O, saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi açılıb və məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, Rəşad özünü masaj etdirmək üçün əvvəlcədən tanıdığı Afət adlı qadının işlədiyi masaj salonuna gedib. O, sözügedən salonda Afətə özünü masaj etdirdikdən sonra zərərçəkmiş qadının sanitar qovşağında olmasından istifadə edərək qiyməti 2500 manat "iPhone 15 Pro Max" markalı mobil telefonu oğurlayıb.
Məhkəmənin qərarı ilə Rəşada 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
Aydın
Şərhlər