Xəbər lenti

Hikmət Hacıyev Fələstin səfirini qəbul etdi
Siyasət18:20 04.03.2025

Hikmət Hacıyev Fələstin səfirini qəbul etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik fəaliyyəti başa çatan Fələstin Dövlətinin səfiri Nasser Abdul Kərimi qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Fələstin səfirliyinin "Facebook" hesabında paylaşım edilib.
Diplomat səmimi qəbula görə Hikmət Hacıyevə təşəkkür edib.
Söhbət zamanı ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti, habelə, gələcək perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.