Xəbər lenti

Maqazin 10:12 21.08.2023

Röya Ayxanın lüks villası (FOTO)

Xalq artisti Röya Ayxan yeni fotoları ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, Mərdəkandakı lüks villasında istirahət edən sənətçi hovuz kənarında başında qara şlyapa və əynində sarı rəngli çimərlik geyimində şəkillər çəkdirib. 

Röya fit və ideal bədən quruluşu eyni zamanda günəşlənmiş dəri rəngi ilə göz oxşayıb.

Estrada ulduzu cazibədar fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, hər yay xarici ölkəyə tətilə gedən Röya Ayxan bu mövsüm istirahətini təxirə salıb. Buna səbəb müğənninin sentyabrın 1-2-3-də Konqres Mərkəzdə verəcəyi konsertlə əlaqədardır.

Belə ki, Röya iyul ayından başlayaraq musiqili gecəsinin məşqlərinə başlayıb.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?