Xəbər lenti

“Roma” Bakıya bu heyətlə gəlir (SİYAHI)
İdman17:33 25.09.2017

“Roma” Bakıya bu heyətlə gəlir (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın qonağı olacaq “Roma”nın Bakıya gələcək heyəti müəyyənləşib.

Apasport.az-ın məlumatına görə, baş məşqçi Eysebio Di Françesko 19 nəfərlik siyahını açıqlayıb.

Onlardan 2-si qapıçı, 5-i müdafiəçi, 7-si yarımmüdafiəçi və 5-i hücumçudu. Zədəsini yenicə sağaldan hücumçu Dieqo Perotti də heyətə salınıb.

Qapıçılar: Alisson Bekker, Lukaş Skorupski

Müdafiəçilər: Juan Jesus, Aleksandr Kolarov, Federiko Fazio, Bruno Peres, Kostas Manolas

Yarımmüdafiəçilər: Raca Nainqqolan, Kevin Strotman, Lorenzo Pelleqrini, Daniele De Rossi, Maksim Qonalon, Alessandro Florenzi, Gerson

Hücumçular: Dieqo Perotti, Edin Dzeko, Cengiz Ünder, Qreqorye Defrel, Stefan El Şaravi.

Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda baş tutacaq “Qarabağ” – “Roma” qarşılaşması saat 20:00-da start götürəcək.

Qaynarinfo.Az