Xəbər lenti

Roman Abramoviç Azərbaycan klubunda - FOTO
İdman10:48 24.03.2016

Roman Abramoviç Azərbaycan klubunda - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının "İnter" klubunun tibbi heyətinə daha bir nəfər daxil olub.

Qaynar.info xəbər verir ki, Ukraynadan Roman Abramoviç adlı şəxs əsas komandanın baş həkimi vəzifəsinə təyin edilib.

37 yaşlı həkim əvvəllər Ukraynanın "Arsenal" klubunda çalışıb. O daha sonra Polşanın biatlon üzrə milli komandasının həkimi olub.

Qeyd edək ki, yeni rəhbərliyin gəlişindən sonra klubda çoxlu sayda kadr dəyişiklikləri baş verib. Komandanın digər həkimi Roman Abramoviçdən 3 yaş böyük olan Şahin Məmmədovdur.

Qaynar.info