Xəbər lenti

Roman Abramoviç Türkiyənin "Göztepe" futbol klubunu alıb?
İdman17:33 05.04.2022

Roman Abramoviç Türkiyənin "Göztepe" futbol klubunu alıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyaya tətbiq edilən sanksiyalardan sonra, İngiltərə hökuməti tərəfindən ələ keçirilən dünya nəhəngi "Çelsi" Futbol Klubunun sahibi rus milyarder Roman Abramoviçin Super Liqa komandalarından olan "Göztepe"ni aldığı iddia edilib. 
Qaynarinfo xəbər verir ki , "Göztepe"nin sədr müavini Telet Papatya xəbəri təkzib edib.
"Abramoviç klubu almaq üçün heç kimə müraciət etməyib. Məlumatı mətbuatdan oxumuşuq. Məsələ ilə bağlı dəqiq bir qərar olsa bu barədə açıqlama veriləcək" - deyə Telet Papatya bildirib