Xəbər lenti

Ronaldinyo əvvəl Bakıya gəldi, indi də karyerasını bərpa etmək istəyir
İdman08:32 02.12.2016

Ronaldinyo əvvəl Bakıya gəldi, indi də karyerasını bərpa etmək istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo və Argentina yığmasının keçmiş futbolçusu Xuan Roman Rikelme karyeralarını bərpa edə bilərlər.

Qaynarinfo.Az xəbər verir ki, Ronaldinyo və Rikelme bir müddət öncə üzvlərinin böyük əksəriyyətini təyyarə qəzasında itirən Braziliyanın “Şapekoense” klubunda çıxış etmək barədə düşündüyü qeyd edilib. Braziliyalı və argentinalı futbolçuların bu addımının kluba kömək məqsədiylə atdığı deyilir.

Xatırladaq ki, bir neçə gün öncə “Şapekoense” klubunun üzvlərini daşıyan təyyarə Kolumbiyanın Medellin şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində klubun futbolçuları başda olmaqla, ümumilikdə 77 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, Ronaldinyo oktyabrda Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun dəvəti ilə Bakıya gəlmişdi. Məlum olmuşdu ki, onun buraya gəlişində məqsəd Ronaldinyo adına futbol akademiyasının açılmasıdır.

Qaynarinfo.Az