Kristiano Ronaldo 2022-ci il Dünya Çempionatı oyununda Portuqaliya yığmasının əsas heyətində olmayacağını biləndə millini tərk etmək istəyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Record”
yazır.
Hücumçu DÇ-2022-nin 1/8 final mərhələsinin İsveçrə ilə oyununda (6:1) Portuqaliya millisinin ehtiyatında qalıb və 73-cü dəqiqədə əvəzetmə ilə meydana çıxıb. O, bu oyunda məhsuldarlığı ilə seçilməyib.
Baş məşqçi Fernando Santosun onu bu matça buraxmamaq qərarına gəldiyini öyrənən Ronaldo qəzəblənib.
Mənbənin sözlərinə görə, Kriştianu əşyalarını yığıb Portuqaliya millisinin bazasını tərk etməyə çox yaxın olub. Lakin bir müddət sonra futbolçu hələ də bu komandada mühüm rol oynaya biləcəyini anlayaraq sakitləşib.
Portuqaliya millisi bu vəziyyətə çox diqqət yetirmək istəmir.
Xatırladaq ki, dekabrın 10-da Portuqaliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində Mərakeş yığması ilə qarşılaşacaq.
Nizami Bağırov