Xəbər lenti

Ronaldo daimi evə köçdü, qaldığı otelə bu qədər pul ödədi
İdman12:56 27.02.2023

Ronaldo daimi evə köçdü, qaldığı otelə bu qədər pul ödədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kriştiano Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanında daimi evə köçüb.

Qaynarinfo xəbər verir ki, Kriştiano Ronaldo "Əl-Nəssr" ilə müqavilə imzaladıqdan sonra ailəsi ilə birlikdə Ər-Riyaddakı "Four Seasons" otelində qalırdı. Amma "The Mirror”un xəbərinə görə, portuqaliyalı ulduz oteli tərk edərək daimi evində məskunlaşıb. Portuqaliyalı ulduzun oteldən çıxarkən ödədiyi hesab diqqət çəkib. Futbolçunun 17 otaqlı oteldə qaldığı müddətdə 250 min funt-sterlinq ödədiyi bildirilir. 

Ronaldo hazırda qabaqcıl mühafizəsi olan şəxsi mülkdə yaşayır və burada o, restoranlara, mağazalara, idman zallarına və digər şəraitə asanlıqla daxil olmaq hüququna malikdir.

Səbuhi Həsənov