Xəbər lenti

İdman 09:30 08.05.2022

Ronaldo gələn mövsüm Çempionlar Liqasında oynamaya bilər

"Mançester Yunayted"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo yay transfer pəncərəsində klubda qalsa, gələn mövsüm ilk dəfə Çempionlar Liqasını buraxacaq.

Trend-in məlumatına görə, bu, "Mançester Yunayted”in İngiltərə Premyer Liqasının 36-cı turunda səfərdə "Brayton”a uduzmasından (0:4) və finiş xəttinə bir oyun qalmış dördüncü yer uğrunda mübarizəni tərk etməsindən sonra aydın oldu. Qeyd edək ki, dördüncü yerdə qərarlşan komanda Çempionlar Liqasında oynamaq hüququnu qazanır.

Portuqaliyalı hücumçu bu mövsüm Premyer Liqada 30 oyuna çıxıb, 18 qol vurub və 3 məhsuldar ötürmə edib. Bundan başqa, K.Ronaldo Çempionlar Liqasında yeddi qol vurub.

"Mançester Yunayted" 58 xal toplayaraq İngiltərə çempionatının turnir cədvəlində altıncı pillədə qərarlaşıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->