Dünyanın ən böyük futbolçularından biri olan Kriştiano Ronaldonun dostu Fabio Paym ulduz futbolçunun uşaqlıq illəri ilə bağlı xatirələrini bölüşüb.
Qaynarinfo-nun məlumatına görə, Paym çətinliklərlə dolu bir yol keçdiklərini deyib.
Gənclik vaxtlarında "Sportinq"də Ronaldo ilə birlikdə oynamış Paym "The Sun"a açıqlamasında hər gecə "Fast Food" şəbəkəsinə gedərək satılmamış hamburger aldıqlarını deyib: "Sportinq"də oynayanda və akademiyada olanda stadionda yaşayırdıq. Gecələr daha heç kimin istəmədiyi üçün burgerləri almaq üçün "McDonald's"a gedirdik. Hansı ki, həmin burgerlərin satılması mümkün deyildi. Hər gecə burger üçün ora gedirdik və aldığımız yeməkləri yeyirdik. Uşaq olmaqdan həzz ala bilərdik. Amma Ronaldonu həmişə ən yaxşı olmaq istəyən çalışqan, fədakar bir oğlan kimi xatırlayıram. O, həmişə belə idi, uduzanda üzülürdü. Bu səy onu indiki yerə gətirdi. Bu gün də onun oynamağa ehtiyacı yoxdur, amma ən yaxşı olmaq istəyir. O bunu istəyir. O, bacardığı hər şeyi qazandı, heç nə qalmayıb. Amma uşaqlığımızdakı bu istək ona qazandıqlarını verdi".
Ronaldo dünyanın ən yaxşı oyunçularından birinə çevrildiyi və "Al-Nassr"dan ildə 177 milyon funt-sterlinq qazandığı halda, Paym istedadından istifadə edə bilmədi və 2021-ci ildə Polşada karyerasını bitirdi.
Səbuhi Həsənov