Xəbər lenti

Ronaldo meydanda göz yaşı tökdü (FOTOLAR)
İdman07:58 20.09.2018

Ronaldo meydanda göz yaşı tökdü (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2012-ci ildən sonra Çempionlar Liqasının bütün açılış oyunlarında qol vuran Kriştiano Ronaldo "Yuventus"la turnirə pis başladı.
Ötən axşam "Valensiya" ilə keçirilən ilk tur matçının start heyətində yer alan portuqaliyalı 30-cu dəqədə idmançıya yaraşmayan hərəkətə görə meydandan qovuldu.
Qaynarinfo xəbər verir ki, Ronaldo meydandan çıxarkən göz yaşlarını saxlaya bilməyərək ağlayıb. O, birbaşa paltardəyişmə otağına yollanıb.
Qeyd edək ki, 158-ci dəfə Çempionlar Liqası oyununa çıxan Ronaldo bu turnirdə ilk dəfə qırmızı vərəqə alıb.