
"Real Madrid"in və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo əfsanəvi oyunçu Eysebionun onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, 28 yaşlı hücumçu yığmada 43-cü qolunu vuraraq Eysebionu geride qoyub və ən çox qol vuran ikinci futbolçu olmuşdur. Eysebio isə bildirmişdi ki, o, 41 qolu 60 matça, Ronaldo isə 106 matça vurub. O, həmçinin açıqlamasında onun zamanında Lixtenşteyn və Azərbaycan kimi yığmalarla oynamadığını vurğulayıb.
K.Ronaldo isə Portuqaliya futbolunun canlı əfsanəsinə cavab olaraq qeyd edib ki Eysebio unudulmayacaq futbolçudur, ancaq rekordlar qırılmaq üçündür: "Eysebio Eysebiodur, Ronaldo isə Ronaldodur. Qarşılaşdırılmağımız normaldır. O, bundan narahat olmamalıdır. Çünki onun adı hər zaman tarixdə oalcaq. Mənim tək istədiyim komandam üçün ən yaxşısını etməkdir. Kimsə buna görə narahat olmamalıdır".
Qaynar.info