Səudiyyə Ərəbistanı Kral Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Al-Nassr” və "Al-Ettifaq” arasında baş tutan komandaları üz-üzə gəlib.
Qaynarinfo-nun məlumatına görə, ilk hissənin əlavə olunmuş dəqiqələrində Ronaldonun əl hərəkətləri gündəmə çevrilib. 45+4-cü dəqiqədə Anderson Talişkanın qolu ləğv edildiyi zaman, portuqaliyalı ulduzun hakimə reaksiyası diqqət çəkib. Futbolçu həmin vaxt tribunalara tərəf dönərək, əvəzetmə işarəsi edib və hakimi göstərib.
Əlavə vaxta qədər uzanan qarşılaşmada Sadio Manenin 107-ci dəqiqədə vurduğu qolla "Al-Nassr" rəqibini 1:0 hesabı ilə məğlub edib.
Səbuhi Həsənov