Xəbər lenti

Ronaldo: "Bunun üçün hələ çox gəncəm"
İdman07:33 05.08.2013

Ronaldo: "Bunun üçün hələ çox gəncəm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Madrid "Real"ının forvardı Kriştianu Ronaldo klubla müqaviləsinin artırılması barədə məlumatları şərh edib. 

Milli.Az Sports-a istinadən bildirir ki, Ronaldo deyib: 

"Muqavilənin uzadılması ilə bağlı məsələ hələlik həll edilməyib, ona görə də bu barədə hələ danışmaq istəmirəm. Mümkündür ki, bir qədər sonra bu barədə məlumat yayılsın. Hələliksə sadəcə könüllü olaraq məşq edirəm.

MLS klubuna keçidim? Bunun üçün hələ çox gəncəm. Başqa bir tərəfdən belə bir imkandan əvvəlcədən imtina etmək istəmirəm. Gələcəyi ancaq Allah bilir. İndi Avropada oynamaqla hər şeydən razıyam. Sonra nə olacaq - baxarıq". 

Ronaldonun "Real"la növbəti müqaviləsinin 2018-ci ilədək olacağı gözlənilir. 

Qaynar.info