Xəbər lenti

Ronaldo: "Real"la yeni müqavilə bağlamaq istəmirəm"
İdman08:39 02.11.2017

Ronaldo: "Real"la yeni müqavilə bağlamaq istəmirəm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Real”ın hücumçusu Kriştianu Ronaldo klubla yeni müqavilə bağlamaq fikrində deyil.
"Qaynarinfo" Apasport-a istinadən xəbər verir ki, bu barədə ulduz futbolçu İspaniya mətbuatına açıqlamasında deyib.
"Kral klubu”nda işlərinin qaydasında getdiyini bildirən portuqaliyalı superulduz yeni saziş bağlamaq fikrində olmadığını söyləyib: "Real”da işlərim əla gedir. Bu klubla müqaviləm 4 illikdi. Onu yeniləmək istəmirəm ”.
Qeyd edək ki, Kriştianu Ronaldonun "Real”la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.
Qaynarinfo.Az