Xəbər lenti

Ronaldo:
İdman 11:38 06.09.2024

Ronaldo: "Rekordlar məni təqib edir"

UEFA Millətlər Liqasının Xorvatiya ilə oyununda Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo karyerasında 900-cü qolunu vurub.

Qaynarinfo xəbər verir ki, görüş 2:1 hesabı ilə başa çatıb. Ronaldo 34-cü dəqiqədə fərqlənərək, karyerasının 90-cü qoluna imza atıb. Ronaldo klub səviyyəsində 769 dəfə, millidə isə 131 dəfə fərqlənib.

Oyundan sonra açıqlama verən Ronaldo deyib ki, onu kuboklar deyil, futbol həzzinin motivasiya edir: 

"Mən motivasiyalıyam, çünki futboldan zövq alıram. Rekordlar təbii olaraq gəlir. Mən rekordlar arxasınca getmirəm, onlar məni təqib edirlər".

Qeyd edək ki, Ronaldo hazırda Səudiyyə Ərəbistanından "Əl-Nəsr" klubunda çıxış edib. O, 2 yanvar 2023-cü ildə müqavilə bağladığı klubda illik ildə 200 milyon avro maaş alır. Portuqaliyalı əvvəllər "Sportinq" (Portuqaliya), "Mançester Yunayted" (İngiltərə), "Real Madrid" (İspaniya) və "Yuventus" (İtaliya) klublarında çıxış edib,  dəfə "Qızıl top" qazanıb və  dəfə Çempionlar Liqasının qalibi olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->