Xəbər lenti

Ronaldo verdiyi sözü tutdu, uzun səfərə başladı
İdman08:07 06.06.2022

Ronaldo verdiyi sözü tutdu, uzun səfərə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Braziliyanın əfsanəvi futbolçusu Ronaldo Valyadolid şəhərindən İspaniyanın şimal-qərbindəki məşhur ziyarətgah olan Santyaqo de Kompostelaya uzun velosiped səfərinə başlayıb.
Qaynarinfo xarici KİV-ə istinadən məlumatına görə, dünyaca məşhur "sambaçı" sponsoru olduğu "Valyadolid"in İspaniya La Liqasına vəsiqə qazanacağı halda təxminən 500 km-lik bu səfəri edəcəyinə söz vermişdi.  O açıqlamasında artıq səfərə start verdiyini deyib: "Söz vermişdim ki, La Liqaya qayıtsaq "Camino de Santiago"nu ziyarət edəcəyəm. Qaça bilmədiyim üçün bunu velosipedlə həyata keçirəcəyəm. Bazar günü həyat yoldaşımla Valyadoliddən yola düşəcəyik və velosipedlə Santyaqo de Kompostelaya gedəcəyik. Fiziki cəhətdən əziyyət çəkəcəyimi bilirəm, amma bu, unudulmaz bir təcrübə olacaq". 
Ronaldo hələ 2018-ci ildə La Liqada olarkən "Valyadolid"in səhmlərinin 51%-ni alıb. Keçən mövsüm aşağı liqaya düşən komanda yenidən İspaniya La Liqasında çıxış etmək hüququ qazanıb.
Səbuhi Həsənov