Xəbər lenti

Ronaldo "Yuventus"da ilk kubokunu qazandı (VİDEO)
İdman05:59 17.01.2019

Ronaldo "Yuventus"da ilk kubokunu qazandı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanının Ciddə şəhərində "Yuventus" və "Milan" arasında İtaliya Super Kuboku uğrunda görüş keçirilib.
Qaynarinfo xəbər verir ki, "King Abdullah Sports Sity" stadionunda təşkil olunmuş qarşılaşma Turin təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Oyunda yeganə qolu 61-ci dəqiqədə Kriştiano Ronaldo vurub. 73-cü dəqiqədə "Milan"ın yarımmüdafiəçisi Frank Kessyö kobud oyunu səbəbindən qırmızı vərəqə alıb.
"Qoca Sinyora" tarixində 8-ci dəfə İtaliya Super Kubokunu qazanıb. Ronaldo isə yeni komandasında ilk tutula sahib olub.
Qeyd edək ki, "Yuventus" ötən mövsüm ardıcıl 7-ci və ümumilikdə 34-cü dəfə İtaliya çempionu olub. "Milan" isə ölkə kubokunun finalında məhz bu komandaya uduzub.