Xəbər lenti

Ronaldo zorlama iddialarına cavab verdi
İdman08:12 29.09.2018

Ronaldo zorlama iddialarına cavab verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yuventus"un hücumçusu Kriştian Ronaldo ona qarşı irəli sürülən zorlama ittihamına münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, portuqaliyalı ulduz bu iddia ilə çıxış edən Katrin Mayorqanın onun adından istifadə edərək məşhurlaşmağa çalışdığını deyib. 
Qeyd edək ki, amerikalı modelin iddiasına görə, hadisə 2009-cu ildə Las Veqasda yerləşən "Palms Place Hotel"də baş verib. O, hotelin klubunun VIP bölməsində Ronaldo ilə tanış olub və daha sonra futbolçu Mayorqanı zorlayıb. Hadisə baş verən zaman Katrin Mayorqanın 25, Ronaldonun isə 20 yaşı var idi. Almaniyanın "Der Spiegel" nəşri yazır ki, Ronaldo modellə məxfilik sazişi imzalayıb və ona 375 min dollar pul ödəyib. Razılaşmaya görə, əgər Mayorqa bu barədə mətbuata danışsa, məbləği geri ödəməli və futbolçuya dəyəcək bütün zərərlərə görə cavab verməlidir.
Gülşən