
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo karyerasında 350-ci qolu vurub.
Qol.Az-ın məlumatına görə, bu, “Real”ın İspaniya La Liqasının 29-cu turunun “Malyorka”ya qarşı matçında baş verib. Madrid təmsilçinin 5:2 hesablı qələbəsi ilə yekunlaşan oyunda Ronaldo 52-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, Ronaldo bu günə qədər bu qolların 189-na “Real”da, 38-nə Portuqaliya millisində, 118-nə “Mançester Yuneyted”də, 5-nə isə “Sportinq”də imza atıb.
Yeri gəlmişkən, “Barselona”nın hücumçusu Lionel Messi 350 qolu 448 oyunda, Ronaldo isə 611 oyunda vurub.
Qaynar.info