Xəbər lenti

Ronaldonun anasına xərçəng diaqnozu qoyuldu
İdman05:37 08.02.2019

Ronaldonun anasına xərçəng diaqnozu qoyuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yuventus"un portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun anası Doloreş Aveyruya süd vəzisi xərçəngi diaqnozu qoyulub.
Qaynarinfo "Mirror"a istinadən xəbər verir ki, 64 yaşlı Doloreş İtaliyaya, oğlunun 35 illiyinə səfəri ərəfəsində sağlamlığında problemlərin olduğunu etiraf edib: "Məni Madriddə digər döşümdən əməliyyat etdilər, şüa terapiyasını keçdim və indi həyatım üçün mübarizə aparıram".
Ronaldonun anası artıq 2007-ci ildə süd vəzisi xərçənginə qalib gəlib. Onda sinəsinin şağ hissəsindəki şiş aradan qaldırılıb. Sonra o, uğurlu şüa terapiyası kursu keçib.