Xəbər lenti

Ronaldonun bahalı oteli mükafata layiq görüldü (FOTOLAR)
İdman07:41 27.10.2022

Ronaldonun bahalı oteli mükafata layiq görüldü (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kriştiano Ronaldonun Mərakeşin paytaxtındakı "Pestana CR7 Marrakech" oteli "Afrikanın Aparıcı Yeni Oteli 2022" mükafatına layiq görülüb.
Qaynarinfo xəbər verir ki, otel sözügedən ölkədə mükafatlandırılan üç müəssisədən biri olub. 
Lissabon, Madrid, Nyu-York və doğulduğu Madeyrada da kifayət qədər dəbdəbəli otellərə sahib olan Ronaldonun Mərakeşdəki müəssisəsi paytaxtın tam mərkəzində, yeni yaradılmış regionda yerləşir. Otel Mərakeşin "Menara" hava limanından cəmi beş kilometr məsafədə inşa edilib. Köhnə şəhərcikdən qısa bir məsafədə yerləşən yeni "Pestana CR7 Marrakech", parlaq, geniş, romantik mühiti ilə mükəmməl, müstəsna rahatlıq və Mərakeş adətlərini özündə əks etdirən atmosfer yaradılıb. Otel 174 otaq, o cümlədən unikal dekorasiya, təbii işıq və 49 düymlük HD televizorlarla təchiz olunub.
Ronaldonun oteli ilə yanaşı Afrikanın aparıcı kurortu "The Oberoi Marrakech" və "Royal Mansur Marrakech"in lüks villası "Grand Riad" da sözügedən mükafata layiq görülüb.
Səbuhi Həsənov