Xəbər lenti

Ronaldonun "Mançester Yunayted"dəki gəliri açıqlandı
İdman08:58 11.11.2021

Ronaldonun "Mançester Yunayted"dəki gəliri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mançester Yunayted"in superulduzu Kristiano Ronaldonun gəliri açıqlanıb.
Qaynarinfo xəbər verir ki, futboldan əlavə müxtəlif reklamlara çəkilən, sponsorluq müqvilələri imzalayan 36 yaşlı portuqaliyalının indiyə qədər gəlirinin 1 milyard dolları keçdiyi bildirilib.  2003-cü ildə "Sportinq"dən "Mançester Yunayted"ə transfer olunan, daha sonra "Real", "Yuventus" kimi dünya nəhənglərində çıxış edən Ronaldonun qazancının məhz 2020-ci ildə İtaliya klubunda oynadığı dönəmdə 1 milyard dolları ötdüyü açıqlanıb.
Tarixin ən zəngin idmançılarından hesab olunan portuqaliyalı 2021-ci ildə "Yuventus"dan sabiq komandası "Mançester Yunayted"ə keçmişdi. 
Hazırda onun İngiltərə klubunda həftəlik 480 min avro qazandığı ifadə edilib. 
Səbuhi Həsənov